Kayıtlar

Kasım 21, 2010 tarihine ait yayınlar gösteriliyor

Demokratiyaya neçə metr qalıb?

Hətta dinozavrların insana çevrilməsi üçün bu qədər vaxt lazım olmamışdı! «Azərbaycan demokratiyaya doğru daha bir addım atdı» - hər beş ildən bir ölkəmizdə keçirilən seçkilərə sivil dünyanın verdiyi bu soyuqqanlı qiymət məzələnməkdən başqa bir şey deyil. Nə uzaqmış bu demokratiya? Beş ildən bir atdığımız tək addımla, ümumiyyətlə, nə zamansa o «uzaq yaşıl ada»ya qovuşa biləcəyikmi? Buna bir insan ömrü yetərlidirmi?

Hamı kəndə!

Azərbaycanın ictimai-siyasi, mədəni həyatında aktiv olan, xüsusən də müxalif, radikal düşüncəsi ilə seçilən şəxslərin mütləq çoxluğu əyalət uşaqlarıdır. Burada "əyalət" sözündə hansısa alt məna axtarmayın. Sözün birbaşa mənasında əyalətdə doğulan insanları deyirəm. İçi mən qarışıq... İsa Qəmbərindən tutmuş, Seymur Baycanına qədər- hamı keçmiş rayon uşaqları deyilmi? Hamımız gənclik arzularımızın, xəyallarımızın ardınca qoşaraq, paytaxta gəlmədikmi? O vaxtlar romantik idealistlər idik. İndi də bir çoxumuz belə qalmışıq. Şəhər uşaqları isə romantik, xəyalpərvər olmur. Onlar əsl praktik adamlardı. Həm mübarizədə, həm susqunluqda. Kənd uşaqları isə hətta yaltaqlıqda da romantika axtarır. Məsələn, biriləri bunu şeir, poema yazaraq edir, biriləri bəlağətli, şirin-şəkər çıxışlarla. Sözümün canı bu da deyil. Demək istəyirəm ki, aqrar ölkə olan Azərbaycanın kəndləri bu gün bizlərdən məhrum olub. Kəndin beyinli, yaradıcı fantaziyalı, mübarizə ruhlu insanları Bakıya, fiziki gücü, ticari

5-6 uşaq...

Biz həmişə "5-6 nəfər" olmuşuq. 10 il əvvəl də, indi də. Bir vaxtlar hakimiyyət də etiraz mitinqlərinə çıxan insanların sayını bu qədər göstərərdi. Bu gün eyni ifadələri "Dalğa", "Ol" kimi gənclər hərəkatları, "AN" kimi şəbəkələr haqqında işlədirlər: 5-6 uşaq... Məsələ adamların sayında deyil, əlbəttə. Maraqlıdır ki, eyni adamlar daha sonra ölkədəki bütün problemlərin həllini də bu "5-6 uşaq"dan gözləyir. Yox, gözləmir, tələb edir! Ölkədə normal seçki keçirilmir- "Dalğa" hara baxır? Prezidentlik instututu əbədiləşdirildi- "Dalğa" niyə bunun qarşısını almadı? ADNA-da baş verən qanlı olayda "Ol" harada idi? "AN" nədən küçələrə tökülüb aksiya etmədi?... Başa düşürəm, müxalifətin bu və ya digər səbəblərdən əl-qolunun bağlı olduğu indiki mərhələdə kütlənin diqqəti az-çox fəal olan, ictimai proseslərə (siyasi yox ha!) təkan verməyə çalışan bu "5-6 uşağa" yönəlir. Belədə toplum bü

Antiseminar!

Qərb fondları 20 ilə yaxındır ki, istər özləri, istərsə də yerli təşkilatların əli ilə Azərbaycanda saysız-hesabsız seminarlar keçirir. Bizə demokratiyanı, insan haqqlarını, qadın azadlığını, seçki və dartışma kültürünü, sivilizasiyaların dialoqunu anladırlar guya. Bu seminarların bir aşağılayıcı tərəfi də var. Yəni biz meşə insanıyıq, bütün bunların nə olduğunu bilmirik. Bizə bunlar öyrədəcəklərmiş filan-filan şeyləri. Biz Şərqdə ilk demokratik respublikanı quranda, qadınlara səs hüququ verəndə, insanların bərabərliyini elan edəndə hələ bir çox Qərb ölkələrində bütün bunlar yalnız xoş bir yuxu idi. ABŞ-da zəncilərin hüququ hələ dünən tanınıb, amma onlar gəlib bizə insan bərabərliyindən seminar keçirlər. Nizami "İsgəndərnamə"də azad və ədalətli toplumu təsvir edəndə, Qərb alimləri hələ Yerin fırlanıb-fırlanmadığı üzərində baş sındırırdı. Yox, mən heç də cərgəmi və ya ideoloji baxışlarımı dəyişməmişəm. Bu gün Azərbaycanda necə bir sitemin hakim olduğunu və bu rejimin insan aza

Yeni Hərəkata ehtiyac var!

Azərbaycanın indiki durumu haqqında yalnız mən deyil, yəqin hər biriniz tez-tez düşünür, çıxış yolları arayır, özünüzə, ətrafınıza suallar verirsiniz. Nə etməli? Necə etməli? Doğrudan da bu suallar bu gün vətəndaşlıq duyğusu və həssaslığı olan hər kəsi düşündürməlidir. Günümüzün təcrübəsi göstərir ki, hakimiyyətin "parçala və hökm sür" texnologiyası öz bəhrəsini verir. Baxırsan ki, eyni ideologiya və düşüncə mərkəzli saysız-hesabsız təşkilatlar, qurumlar və partiyalar var. Amma onları bir masa ətrafında oturmaq, birgə fəaliyyətə sövq etmək ən müşkül məsələyə çevrilib. Hətta iş o yerə çatıb ki, YAP-ın nizamnaməsi ilə müxalifət partiyalarının nizamnaməsi arasında elə bir ciddi fərq yoxdur. Hamısı sağ mərkəzlidir. Di gəl, hərəsi bir dərədə... Gənclik də eyni aqibəti yaşayır... Sadə vətəndaşlar da... İtirən də elə sonunculardır... Bəs çoxluğu bir məqsədin ətrafına toplaya biləcək ideya yoxdurmu? Var! Bu, Hüquq, Qanun və Vətəndaşlıq ideyasıdır! Azərbaycanda yeni

Qarışqa nəğməsi

Hər gün hamıdan çox çalışdın. Hər gün başını aşağı salıb dən daşıdın başqa yuvalara. Özündən üç dəfə ağır yükə çiyin verdin həmişə. Yolların tozu, illərin əzabı qondu üzünün qırışlarına. İndi qocalmısan. Nə yuvan var, nə ünvanın. Unudulmusan Yadındadır? Sən də balaca olanda gözəl şeylər haqqında düşünürdin. İnanırdın ki, heç olmasa, bir dəfə xoşbəxt olmaq, sevmək, sevilmək, yuva qurmaq haqqın var. Yadındadır? Elə bilirdin ki, dünyanı dəyişəcəksən. Böyüyəndə çox olacaqsan, çoxalacaqsan. Tək qaldın. Bütün sevdiklərin tərk etdi səni. Sən qarışqasan, köhnə dost, qarışqa. Bir dəfə (onda neçə yaşın var idi?), ad günündə dayın oğlu sənə böyük bir oyuncaq-maşın bağışladı. Elə çox sevirdin ki, o maşını. Gecələr də qucaqlayıb yatırdın. Sonra illər ötəcəkdi, uşaqlıq xatirələrinin ən işıqlı parçası olacaqdı o maşın. Günlərin birində - onda artıq 18 yaşın var idi - yenidən sənə ad günü keçirəcəkdilər. Onda sən bu işıqlı xatirəyə - illər öncə sənə bağışlanmış o oyuncaq-maşına görə dayı

Azərbaycanda yeni qüvvə axtarışları

Azərbaycanda siyasi böhran var. Zahiri sabitlik aldadıcıdır. Bu sabitlik hər an çat verə, yerini idarəolunmaz bir xaosa buraxa bilər. Ölkədə ifadə azadlığının bunca “blokadaya alınması”, alternativ düşüncənin bunca təzyiq altında saxlanılması sonunda bu enerjinin haradansa partlayıb üzə çıxmasına səbəb olacaq. Bunu anlamaq çətin deyil. Tarix buna nümunələrlə doludur. Tarixin daha bir dərsi də budur ki, heç bir avtoritar idarəetmə üsulu, heç bir diktator, heç bir cəza mexanizmi bütün insanları bir düşüncə nöqtəsi ətrafında tutacaq gücdə deyil. Nə Neronun, nə Stalinin, nə Hitlerin səltənəti, hakimiyyəti əbədi ola bilmədi. Tarixin təbii axarını yubada bilərsən, dəyişməyi isə bacarmayacaqsan. Bu sadə qənaəti anlamayacaq qədər varmı Azərbaycan hakimiyyəti? Əslində iqtidarın indiki daxili siyasəti həm hakimiyyəti, həm də Azərbaycanın gələcəyini tezliklə ciddi problemlərlə üzləşdirəcək. İqtidarın daxili siyasətinin bir neçə əsas aspektinə diqqət edək: 1. Hakimiyyətin dini siyas

10 il sonra Azərbaycan necə olacaq?

10 il sonra Azərbaycan necə olacaq? Bu suala cavab vermək asan deyil. Heç mənim də falçılıq eləmək fikrim yoxdur. Hər halda bu gündən baxdıqda 10 il sonranın bəzi konturlarını görmək elə də çətin deyil. Başlayaq təhsildən. Ola bilsin o zaman Azərbaycanın bütün məktəbləri kompüterlə təmin olunacaq. Azərbaycan məktəblisi, gənci internetdən daha səmərəli istifadə etməyi bacaracaq. Amma təhsil sistemi yalnız kompüterdən ibarət deyil. Geniş mənada heç bir kardinal dəyişiklik baş verməyəcək. Dərsliklər elə bu günkülərin tayı, bəlkə də eynisi olacaq. Təhsildə rüşvət və korrupsiya da olduğu kimi qalacaq. Deməli, bu sistemin yetişdirdiyi "kadrlar"ın böyük çoxluğu eynən bu günki kimi topluma yararsız olacaq. Təhsil naziri Misir Mərdanov olmasa da - yox, sistem eyni üsullarla işləyəcək. Çünki Azərbaycanın təhsil sisteminin 10 il sonra tam fərqli, modern və topluma yararlı ola bilməsi üçün lazım olan islahatlar bu gün, bəlkə də dünən başlamalıydı. Amma başlamayıb. İqtisadiy

Niyə YAP-çılar şikayəti mənə edir?

Televiziyaların xəbər bülletenlərində, yazılı və elektron KİV-də hər gün çoxsaylı narazı insanlar və qruplar haqqında materiallar gedir. Problemlərin çoxu sosial məzmunludur. İnsanlar narazı və şikayətçidir. Amma baxırsan ki, bu adamlar öz problemlərinin haradan və niyə qaynaqlandığının fərqində deyillər. Baxırsan ki, bu insanlar seçkidə YAP-a və onun namizədinə səs verən insanlardı. Baxırsan ki, martda keçiriləcək Referendumda da gedib onların hakimiyyətinin əbədiləşməsinə səs verəcəklər. Bunu onların qırımından, yerişindən, duruşundan bilirəm. Birinci dəfə deyil ki... Amma gəlib şikayəti biz jurnalistlərə edirlər. Məmurlar onları qapıdan qovur, onları saymır, amma... onlar yenə, yenə və yenə bu məmurların onları qapıdan qovmasına səs verirlər. Martda isə gedib səs verəcəklər ki, sabah, 10 il, 20 il sonra belə, bu məmurların övladları da onların övladlarını, nəvələrini beləcə qapılardan qovsunlar... Belə bir absurda heç bir normal ölkədə rast gəlmək mümkün deyil. Amma bura Azərbaycand

Lənət olsun içimdəki insan sevgisinə!

Desəm ki, indi o qədər də bayram ovqatında deyiləm... Desəm ki, hər il əvvəlkindən daha ağır, daha qara gəlir... Desəm ki, 2009-cu il bizi öküz buynuzlarında o ki var oynadacaq... və ayaqları altına alıb çığnayacaq... Desəm ki, 26 dekabrda Yeni İl ovqatımız korlandığı kimi, 18 martda da Novruz ovqatımız təlx olacaq... nə dəyişəcək ki... Hərdən o qədər, hətta sözlə ifadə edə bilməyəcəyim qədər pessimist oluram. Bu anlarda gələcəyə - bu dövlətin, bu xalqın, bu millətin gələcəyinə nikbin baxa bilmirəm. Bu məqamlarda çarəsizlikdən əzik əncirə dönən sifətimi görməyi kimsəyə arzulamazdım... Azərbaycanda sizcə nə qədər məmur var? Ən ucqar kənddəki məktəb direktorundan, bələdiyyə sədrindən, icra nümayəndəsindən tutmuş Prezidentə qədər hər kəsi məmur kimi qeydə almalı olsaq, hansı rəqəmi alardıq? Bura polisləri, həkimləri, bir sözlə büdcəyə bağlı hər kəsi əlavə etsək, onda hansı rəqəm alınar? 100 min? Bəlkə də daha çox. Sonra potensial məmurları hesablayaq. Yəni marıqda yatıb bu məmurlardan ha

Oyun qaydalarını dəyişək

Bizim standartdan kənara çıxmayan istənilən etirazımız elə oyunun qaydalarına uyğunlaşmağımız deməkdir. Azərbaycanda siyasi sistem ənənəvidir: yeni olmayan avtoritarizm, ənənəvi bürokratizm və bayağı oliqarxiya. Bu sistemi yönədənlər kütlə psixologiyasını yaxşı bilir, hər şeyi buna görə ölçür-biçirlər. Baxın, seçkini istədikləri kimi banal bir şou halına gətirdilər, əmin idilər ki, uzaqbaşı adda-budda standart etirazlar səslənəcək, vəssalam. Qeyri-adi heç nə baş verməyəcək. Elə də oldu. Amma onu da bilirlər ki, belə hallarda kütlə nə qədər sussa da, razı görünsə də, içində özünün belə dərk etmədiyi, mahiyyətini anlamadığı mənfi enerji yığıla bilər. Bu enerji boşalmayınca təhlükəni sovuşmuş hesab etmək olmaz. Odur ki, dərhal bir "ELİTA" oyunu atdılar ortaya. Seçki unuduldu, diqqətlər, gözlər başqa səmtə yönəldi, yığılmış enerji boşaldı. Hakimiyyətin rusiyalı texnoloqları hələ ki, dəqiq işləyir... Bəs bu oyunu necə pozmalı? Standartlara uymalı, yoxsa çərçivələri pozmalıyıq? Axı

ZİYALISI YALTAQ, SİYASƏTÇİSİ QORXAQ, VƏTƏNDAŞI MAYMAQ ...

16-10-2008 Azərbaycan uğrunda çarpışmağa dəyərmi? Seçkilər adlı tamaşa bitdi... Nəticələri öncədən bəlli olmasına baxmayaraq, hər halda biabırçılıq və həyasızlığın son 5 ildə daha da "çiçəklənib", bura qədər gələcəyini gözləmirdim. Bəri başdan deyirəm, aqressiyam qətiyyən seşkidə qalib gəldiyi deyilən namizədə və onun partiyasına deyil, Azərbaycan toplumuna qarşıdır. Bununla belə, İlham Əliyev haqqında heç olmasa bir neçə həqiqəti demədən yazıma başlamaq yapçılıq olardı. Yeni və köhnə prezident birinci 5 illik müdəti dövründə həm də YAP-ın sədri qalmaqla Azərbaycan Konstitusiyasını pozub. İkinci dəfə prezidentliyə namizədliyi qeydə alınandan sonra isə prezidentlik postundan istefa verməyib- Konstitusiyanı növbəti dəfə pozub. Prezident seçkiləri 15 oktyabrda keçirilsə də (hələ yekun nəticələrin rəsmən açıqlanacağı günü demirəm) İ.Əliyevin rəhbəri olduğu iqtidar partiyası- YAP artıq 14 oktyabrdan Bakının Sahil bağında səhnə quraraq Qələbə Konsertinin hazırlıqlarına başlamışdı.

AZƏRBAYCAN - QORXULU NAĞILLAR ÖLKƏSİ

Ölkəmizi dünyada tanımırlar. Bəs tanınmağı haqq etdikmi? Azərbaycan bir ölkə kimi dünya düzənində yalnız coğrafi mənada mövcuddur. BMT-də, ATƏT-də, digər nüfuzlu təşkilatların ofislərinin önündə bayrağımızın dalğalanması nə qədər qürurverici olsa da, bundan o yana gedə bilməməyimiz o qədər, necə deyərlər, kədərlidir. Yaxınlarda dünya mətbuatında ölkələr haqqında məlumatların sayına görə müəyyənləşən “East West Global Index 200” reytinqi açıqlananda məlum oldu ki, Azərbaycan 60-cı yeri tutub. Dünyanın 38 aparıcı kütləvi informasiya vasitələrində keçirilən monitorinq əsasında hazırlanan cədvələ görə, hesabat dövründə 38 media orqanında Azərbaycanın adı 869 dəfə çəkilib. Hərçənd reytinq cədvəlində YAP, QAT və ANS üçün təsəlliverici məqam da var: Ermənistan 151-ci yerdədir. Bu gün Azərbaycanın adı dünya mediasında əsasən iki faktorun üzərində hallanır: neft və Qarabağ münaqişəsi. Dünyada neft ölkələrinin sayı o qədər çoxdur ki, yalnız mütəxəssislərin kiçik bir qrupu onların adını əzbərdən

Xilasedici

Çingiz Sultansoya ithaf olunur - Bunu niyə yazdın? - Nəyi? - İkimizə aid olanları. - Hekayəni deyirsən? - ... - Heççç. Televizorda savaş filminə baxırdım. Birdən ağlıma gəldi ki, yazmalıyam bunları. - Dolamısan məni? Savaş filminin bura nə dəxli? Biz adam kimi ayrılmışıq, sən söz vermişdin ki, aramızda olanları heç vaxt yazmayacaqsan. Söz vermişdin... - Hə, söz vermişdim. - Niyə yazdın onda? - Mən heç nə yazmamışam. Orada ikimizə aid heç nə yoxdu. - Necə yəni yoxdu, oxuyan kimi bildim ki, mənə deyirsən o sözləri. - Ola bilər. - Bəs deyirsən ikimizə aid heç nə yoxdu? - Heç nə yoxdu. Nə varsa mənə aiddi. Orada yazılanlar aramızda olmayıb. Yəqin mənə sadəcə təkan verib yazmağa son günlərdə yaşadıqlarım. Ola bilər sənə qəzəbim. - Mənə nifrət edirsən? - Yox. - Amma qəzəblisən. - Hə. Nə gözləyirdin? Gənclyimin beş ili sənə getdi, qocaltdın məni, indi də hər şeyi zibil eləyib getmisən, nə etməliydim? Bəlkə sevincimdən şıllaq ataydım? - Bəs qalıb, aldadaydım səni? Yalandan deyərdim ki, səni s

Elçibəy balaca adam olub

Azərbaycan necə ölkədir? Bu ölkə insanının ümumiləşdirilmiş obrazı nədir? Bu iki sual sizə asan gəlməsin. Adamı tank kimi əzir, altından çıxa bilmirsən. Yazılı ədəbiyyatımız yaranandan bu sualların peşindədir, amma hələ də ortaq bir cavab yoxdur ki, yoxdur. Bir xalqı, bir ölkəni tanımaq üçün məncə, onun öndə olan insanlarına baxarsan. Onların hərəkətlərinə, davranışlarına, intellektlərinə, yaradıcı enerjilərinə. Sarkozi tipik fransızdır. Yeltsin əsl rus idi. Fateh Terim türk oğlu türkdür. Elçibəy isə bir azərbaycanlı. Sadə, adi azərbaycanlı. Balaca adam... Balaca azərbaycanlı kimsəyə nifrət bəsləmir. Qarışqa kimi cəfakeşdir. Xəyalpərvər, qonaqpərvər, həyatpərvərdir. Ölmək istəmir, bütün əzablarına rəğmən həyat eşqi ilə doludur. Balaca ürəyində bütün dünyaya sığmayacaq qədər sevgi, mərhəmət var. Azərbaycanda balaca adamların nəsli kəsilmək üzrədir. İndi belələrini paytaxtda, iri şəhərlərdə, rayon mərkəzlərində tapa bilməzsiniz. Sonuncu balacalar Lerikin, İsmayıllının, Oğuzun

Bakını necə xilas edək?

Keşmiş SSRİ-də öz tarixi aurası ilə seçilən paytaxtlar o qədər də çox deyildi. Kiyev, Tbilisi, Bakı... İndi bu şəhərlərin hər biri müstəqil ölklərin paytaxtlarıdır. Bu şəhərlərə tez-tez xarici qonaqlar, turustlər, diplomatlar gəlir. Onların bu ölkələr haqqındakı ilkin təsəvvürləri də elə bu paytaxtlar əsasında formalaşır. Bəzən hətta avtomobil kortejlərinin pəncərəsindən görünən mənzərə ilə... İstər Kiyev, istərsə də Tbilisi tarixi simalarını, mədəniyyətlərinin göstəricisi olan memarlıq abidələrini bu gün də qorumaqda, paytaxtın genişlənmə və inkişafı planlarını isə şəhərkənarı ərazilərin hesabına gerçəkləşdirirlər. Bəs Bakıda? Azərbaycanın paytaxtında baş verənləri kiçik detallarına qədər sadalamağa ehtiyac yoxdur. Çünki bunu hər birimiz və hər gün görürük. Bunlar bəs deyilmiş, indi neft milyardları hesabına bir çox fantastik layihələrin də həyata keçirilməsinə hazırlaşırlar. Bir neçə ildən sonra Bakı bütün görünüşüylə ərəb şeyxlərinin kef məskəninə çevrilən Dubaya bənzəyəcək. Amma b

Müxalifətin total səhvi

Hakimiyyətə işləyən kimdir: İsa Qəmbər, yoxsa Əli Kərimli? Azərbaycanda bir neçə aydan sonra prezident seçkiləridir. Amma nə müxalifət düşərgəsində, nə də toplumda seçki coşğusu hiss olunmur. Bunu müxalifət mətbuatı da etiraf edir. Görəsən, gerçəkdə nə baş verir? Müxalifətmi zəifdir, yoxsa başqa səbəblər var? Həm iqtisadi, həm də beynəlxalq güclərin dəstəyi baxımından əvvəlki illərə baxanda hakimiyyətin mövqeyi bu gün daha möhkəmdir. Dünyada neftin önəmi artdıqca, onun dayaqları daha da möhkəmlənir (normalda dövlətin dayaqları möhkəmlənməliydi). Bu faktor ölkə daxilində də hakimiyyətin manevr imkanlarını artırır. Ən maraqlısı odur ki, hakimiyyətin mahiyyəti dəyişməsə də, müxalifətlə, toplumla işləmə üsulları zaman-zaman dəyişir. Amma müxalifət yerində sayır. Bu gün Azərbaycanda müxalifətdə olan partiyalar və liderlər 80-ci illərdə meydan hərəkatının dalğası üzərində formalaşan qüvvələr və şəxslərdir. Onlar 90-cı illərin əvvəllərində öz içindəki meydan havasıyla hakimiyyətə gəlsələ

İntihar nədir?

Firavanlıq və xoşbəxtlik içində olan insanın müdrikləşdiyini heç eşitmisinizmi? Əksinə, insanın müdrikləşməsi üçün itkilər, qurbanlar və sonsuz ağrılar yaşaması lazım gəlir. İnsan həyatın dibinə endikcə böyüyür, zirvədə deyil. Və ya insan niyə intihar edir? Doğrudanmı intihar hər zaman yalnız zəiflik əlmətidir? Elə isə yapon xarakirisini necə izah edək? Xarakiri (başqa sözlə suppuku) 19-cu əsrə qədər Yaponiyada geniş yayılmış özünəqəsd ritualı idi. Tanınmışlar və məmurlar, xüsusilə ordu zabitləri arasında yayğın olub. İnsanlar ya hansısa günahları qarşılığında özlərini cəzalandırmaq, ya hansısa itkini ifadə etmık, ya da öz şərəf və ləyaqətlərini qorumaq üçün bu addımı atırdılar. Ritualın yerinə yetirilməsinin xüsusi şərtləri var idi. Bunlardan ən əsası bir dostunun bu səhnəyə şahid olmasıydı. Ekstern hallarda- məsələn, döyüş meydanında bunlarsız keçinmək olardı. 1868-ci ildən rəsmən xarakiri Yaponiyada ləğv olunsa da, praktiki olaraq hələ də Yaponiyada tez-tez rast gəlinən bir faktd

Biz xırda insanlarıq

Cəfər Cabbarlının "Aydın"ı üzərində... Bazar günü Kamera Teatrında Cəfər Cabbarlının "Aydın" dramı əsasında hazırlanmış eyniadlı tamaşanın təqdimatını izlədim. Hər kəsə də izləməyi məsləhət bilirəm. Günümüzdə belə, için-için yaşadığımız acı bir faciə. 35 yaşında həyatı sirli şəkildə yarıda qırılmış sonuncu böyük dramaturqumuz sanki özündən sonrakı bütün Azərbaycan AYDINlarının taleyini yazıb getmiş. Mikayıl Müşviqin, Əli Kərimin, Asif Atanın... taleyini. Hətta quruluşların, ideologiyaların bir-birini əvəz etməsi belə, bu taleyi dəyişmir. Ən dəhşətlisi isə oydu ki, tamaşadan sonra evə gəlib televizoru açanda ANS-in “Divan”ında “Cəfər Cabbarlı dahidirmi?” deyə bir sorunun dartışıldığına şahid oldum. Cəfəri ittiham edirdilər... Bir müddət öncə isə dramaturqun qızı televiziyada hansısa verilişə çıxıb jurnalistlərdən Cəfər Cabbarlının dini baxışlarını qabartmamağı xahiş edirdi. Qəfil bu məqamı xatırladım... Cəfər qızı tərəfindən də tərk edilmişdi... ... Sən demə Cəfər h

Qəhrəman və yazıq jurnalist

Azərbaycanda siyasət adıyla bazar, siyasətçi adıyla bazarkomlar var Əgər Mirzə Sakitlə jurnalistin qondarma ittihamlarla həbsinin əsası qoyuldusa, Eynulla Fətullayevin həbsi müstəqillik dönəmində jurnalistə kəsilən rekord cəza müddəti ilə yadda qaldı. Az sonra Qənimət Zahidin də "xuliqanlıq" maddəsi ilə azadlıqdan mərhum edilməsi seçki ilində durumun daha da kəskinləşəcəyini bəlli etdi. Bu yazımda məqsədim heç də hakimiyyətin azad sözə qarşı basqısını vurğulamaq deyil, çünki bu həqiqəti yenidən kəşf etməyə ehtiyac yoxdur. Mən jurnalistlərin özü haqqında yazmaq istəyirəm. Son vaxtlar, istər jurnalistlər, istərsə də digər sağlam düşünərlər arasında bir tərəddüd var. Bu tərəddüd də cəmiyyətin jyrnalistlərin həbsini çox susqunluqla qarşılaması ilə bağlıdır. Əcəba, bu cəmiyyət uğrunda həyatını, sağlamlığını, enerjili illərini riskə atmağa dəyərmi? Əgər həftədə üst-üstə 100 min tiraja yaxın qəzet buraxan Eynullanın həbsi min oxucunun qılını tərpətmirsə, qəzet buraxmağa dəyərmi? Ən

Mən tramvayam!

Mən tramvayam. Hər gün eyni vaxtda ayılır, eyni vaxtda işə gedir, eyni vaxtda da evə qayıdıram. Bu, hər gün təkrarlanır. Az qala yol boyu da eyni adamları, eyni avtomaşınları görürəm hər dəfə. Ucuz kostyum var əynimdə. Ucuz qalstuk taxıram. Saçlarımı səliqəylə yana darayıram. Tramvay kimi yaşayıram. Hərdən məni dəhşət bürüyür: görəsən mən öz marşurutumu, yolumu dəyişsəm nə baş verəcək? Qorxuram. Bütün içimlə uğraya biləcəyim qəzanın fəsadlarını hiss edirəm. *** Mən tramvayam. Ətrafdakı adamlar da mənim kimi yaşayır. Hamı tramvaydır. Bütün Azərbaycan əhalisi tramvaydır. Hamı qəza vəziyyətində yaşayır, amma həm də qəzaya uğramaqdan qorxurlar. Biz əzbərdən yaşayırıq. Biz kiminsə yolumuza döşədiyi dəmir relslərdən kənara çıxmaqdan dəhşətli dərəcədə qorxuruq! Hərdən böyük bir tramvay parkına oxşayan bu ölkədə adamlar-tarmavaylar iki-iki, üç-üç kiçik dayanacaqlarda baş-başa verib pıçıldaşırlar. Məlum olur ki, hamı bu yeknəsəklikdən bezib. Hamı! Amma heç kim risk eləmir! Heç kim ağlına belə g

Prezidentin mədəniyyət siyasəti

Hiss olunur ki, ölkə başçısı Azərbaycan mədəniyyətinə dövlət adına qayğı göstərmək, onun inkişafı üçün əlindən gələni etməyə çalışır. Bu cəhdi alqışlayırıq. Çünki özü-özlüyündə yaxşı addımdır. Amma bu addımların necə atılması ortaya bir çox suallar və problemlər çıxarır. Bunlar isə görülən işlərin əhəmiyyətini azaltmaqla yanaşı, həm də prezidentin xoşniyyətinə kölgə salır. Bəllidir ki, fərman və sərəncamların mətnini prezident özü hazırlamır. Buna məsul olan şəxslər var, onlar mətnləri hazırlayır, prezidenti məlumatlandırır və s. Ola bilsin ki, prezident yetərincə məlumatlı olduğu bir sahəylə bağlı fərman və ya sərəncamlar imzalayanda, mətndə hansısa qusurlar tapsın və onun yenidən işlənməsini tövsiyyə etsin. İndiki halda isə söhbət çağdaş Azərbaycan mədəniyyətindən gedir. Məlum olduğu kimi İlham Əliyevin gəncliyi demək olar ki, Azərbaycandan kənarda keçib- təhsil alıb, işləyib və s. Mütaliəsi isə daha çox rus və ingilis dilləri üzərindən olub. Təsadüfi deyil ki, ədəbiyyatla bağlı ilk

Qaydasız döyüş

Hər kəs haqq etdiyi qədər azaddır Bizlərdən hansı birimiz uşaqlığını, yeniyetməliyini və gəncliyini qaydasında yaşadı? «Qaydası» nə deməkdir? Yəni uşaq olanda sevimli oyuncaqlarımız oldu, valideynlərimiz uşaq aləmimizi dağıtmaqla yox, onu qurrmaqla bizə yardım etmiş oldular, bizi tez-tez uşaq filmlərinə, tamaşalarına apardılar və s. Oldumu? Olmadı. Yeniyetməliymiz necə keçdi? Həyatımızın bu ən həssas dönəmində valideynlərimiz bizə dost oldu, yoxsa diktator? Analar qızlarına bu dövrün sirrlərini anlada bildilərmi? Yeniyetmə dövrümüzü başqa cür «maraq fontanı» mərhələsi də adlandırmaq olar. Hər şeyə qarşı güclü maraq hissi oyanır içimizdə. Mən nə qədər oğlan, qız tanıyıram ki, məhz bu mərhələnin «qurbanı» olublar. Valideynlərinin basqısı, özlərinin məlumatsızlığı onların bütün həyatlarının relsdən çıxması ilə nəticələnib. Nədən yeniyetmə qız yenicə tanış olduğu oğlan həmyaşıdını evinə gətirib valideynləri ilə tanış etməsin? Bu, həm də oğlanlara aiddir. Belədə həm özlərində məsuliyyət h

Vətəni niyə və kimdən qorumalıyıq?

Son vaxtlar az-çox oxumuş bəzi gənclərimizin əsgərliyə getməmək üçün dəridən-qabıqdan çıxdıqlarını görəndə, istər-istəməz düşünməli oluram: niyə? Yadıma bir Qarabağ savaşının iştirakçısıyla etdiyim söhbət düşür. Deyirdi ki, müharibədə qəhrəmanlıq edənlərin böyük əksəri orta məktəbdə «2», «3» qiyməti alan, tez-tez dərsdən qaçan uşaqlardı. Deyirdi ki, oxuyan uşaqların çoxunu qorxaq görüb. Qəhrəmanlıq edərkən çoxları bəzən hətta hansı kənd uğrunda döyüşdüklərinin belə fərqində olmurmuş. Çoxu əməlli bir məktub da yaza bilmirmiş. Savadlı uşaqların əvəzsiz xidməti isə onların yerinə məktub yazmaqmış. Ola bilsin ki, tanışım müharibədə baş verənləri bir az şişirdib. Ola bilsin ki, hər şey məhz belə də olub. Amma bu gün faktdır ki, savadlı, ali təhsil almış, özünü modern hesab edənlərin bir qismi əsgərliyə getmək istəmir. Maraqlı bəhanələri də var, biri alternativ xidmətin niyə olmamasından, biri solçuluqdan, biri ateizmdən dəm vurur. Amma bütün bu ideoloji-fəlsəfi sərsəmləmələr adamın qorxaql

Hanı mənim baş nazirim?

Bu gün Azərbaycanın hər şeydən çox ciddi iqtisadi islahatlara ehtiyacı var. Təsadüfi deyil ki, azad bazar iqtisadiyatı həm də demokratiyanın qarantı hesab olunur. Bəs bu və ya digər islahatları həyata keçirməli olan qurum- Nazirlər Kabineti necə işləyir? Ümumiyyətlə, işləyirmi? Cənab baş nazirArtur Rasizadənin islahatlar mexanizmini həyata keçirməyə, nəzarət etməyə biliyi, təcrübəsi, cəsarəti yetərlidirmi? Təcrübə göstərdi ki, yox. Vəzifəsində gün keçirdiyi uzun illər ərzində biz möhtərəm baş nazirimizi yalnız lətifələr qəhrəmanı kimi tanıdıq. Bir neçə dəfə ekrana- ictimaiyyət qarşısına çıxması bəs idi ki, onun nəinki Azərbaycan dilini bilməməsi, hətta iqtisadiyyat haqqında ən elementar bilgilərə malik olmaması hamıya bəlli olsun. Ümumiyyətlə, onun nə işlə məşğul olmasını təyin etmək müşkül məsələdir. Ən qəribəsi odur ki, mətbuat baş nazirin personasına o qədər də yeo ayırmır. Baş nazirin adı KİV-də nadir hallarda peyda olur, sanki qəhrəman Artur ölkənin baş naziri yox, hansıa mənzil