Kayıtlar

Mart 9, 2008 tarihine ait yayınlar gösteriliyor

elə rahatam ki

üç ay olar pəncərələrdə civildəşən sərçələrlə məşğulam şən və davakardılar yenə həyatı nişan verib günəşi dadızdırırlar üç ay olar televizorum yoxdu üç ay olar vaşinqtonum moskvam bağdadım qarabağım yoxdu ürəyim qaydasında sinirim yerində küçəyə çıxıb nəsə zümzümə etməyin keyfini dada bilərəm... kimə istəsəm ata bilərəm üç ay olar harda istəsəm yata bilərəm... üç ay olar işim yoxdu üç ay olar dostum yoxdu üç ay olar vətənim yoxdu üç ay olar qadınım yoxdu üç ay olar heç nəyim yoxdu... elə rahatam ki hətta kimisə öldürə bilərəm

dəqiq kafe

bu adamı hardasa görmüşəm dayan... yadıma düşür məni yuxuda boğan... hə... indi həmin əlləriylə çörək doğrayır yox... yandan heç oxşamır burnu da qarmaq o deyil... amma bu adamı hardasa görmüşəm ay sağ ol oğlumu əsgərlikdən saxlayan... göy kağızlar bir göz qırpımında yox olmuşdu ovcunda əlləri dəqiq yadımda indi həmin əlləriylə çörək doğrayır... amma deyəsən belə pəzəvəng deyildi axı yaşı da çox olardı bəs harda görmüşəm bu adamı harda görmüşəm... bəlkə mitinqdə bəlkə həbsxanada gör dubinka tutsa necə yaraşar indi həmin əlləriylə çörək doğrayır... - qaqaş, para çörək ver mənə

həyat əleyhimə işləyir

taleyin əliylə qara cildlənmiş şəkil albomudur bakı gecələri qaranlığın bağrına sancılan bütün şəkillərdə qıllı kişilər şellənir yekəqarın arvadların yanında yenə səhər köks ötürəcəklər matan xanımların ardınca qadınsız şəkillərdə sifəti əyiş üyüş kişilər var- adam sərxoş olanda unudur təkliyini boşalanda… yenə səhər bütün axşamı içməkdən əncirə dönmüş birisi metroya yaxın səkilərin birində ötənləri fitdəyəcək qoca balıqçı həvəsiylə hansısa fınış xanım səsə düşər geri boylanar qımışar qotur əncir - eyy… gəl səni əllərimlə tanış edim saçların darıxmaz yəni yolunu dönmədən əllərini saman saçlarına uzadar qadın bəyaz ayaqlarında gözəlliyin davamlılığı daha bir qarış artar qəzaya uğrayar kişi baxışları ipək donun ətəklərində gülümsəyər fınış xanım yanından ötən kişiyə qalstukundan bir qarış yuxarıda bitən sahmanı içində itən kişiyə büzüşüb yuvarlaq aha dönər qotur əncir - həyat əleyhimə işləyir…

ət şorbası

ağacları dibindən ağaran şəhər qocalıb demək adamları mırıq dişlərə oxşayır üzümə hər gün irişən şəhəri xoşlamıram sevmirəm canım divarları üzümə yeriyir kənar səslərin bolluğuna çürüyür qulağım ayağım qopub düşür qırılıb düşür əllərim qəssab dükanına oxşayan şəhəri xoşlamıram sevmirəm canım hərraca qoyulmuş ürəyimin nəbzini unudub zaman unudub buz dolablı vitrinlərdən boylanan böyrəklərim məyusdur kasıb şəhərləri xoşlamıram sevmirəm canım özümü tanımıram güzgülərdə şəkillərdə yoxam uşaqlıqda anam deyərdi ki böyüyüb adam olacaqsan çoxlu pulun olacaq böyüdüm və bölündüm hissələrə pula getmədim zənginlərin kasıb zövqü ilə yola getmədim indi qocalıram hansısa ucuz şorbanın içinə düşmək bişmək ümidiylə büzüşmüş bağırsaqlarım həsrətlə baxır duza istiota özüylə doymuş şəhəri xoşlamıram sevmirəm canım

qəribə gün

bu gün şəhərdə şerimi gördüm su içirdi siqaret çəkirdi ağac sulayırdı körpə bir qızın ürəyində yellənirdi şerim işə tələsirdi şerim kafedə əlində nikelli çəngəl fikrə getmişdi şerim soyuyurdu qarşısında ucuz kotlet yolun o üzündə heca şerimin üçüncü bəndində paltar sərirdi qadın ağ şerimin misrasına yolun bu üzündə… aha bu isə mənim deyil "saçları uzun və qara- bir yoxsul ömrü…" söykənib a.kuşun şeri alabəzək su köşkünə yanından adamlar ötür yol kimi gedərək şerimi yol şütüyürdü şerim ağlayırdı yol kənarında - allahın kor bəndəsinə kömək edin- yalvarışıyla - o göz yaşlarında işıq varmı- deyə düşündüm dayandı yanımda avtobus sonuncu oturacağında başını qoymuşdu şerim cibini eşələyən oğlanın çiyninə qəribə gün idi yaman şerimə oxşayırdı həyat azıb sonuncu misrasında çəpinə getdim günə nöqtə qoydum 10 qəriklə minib qabilin şerinə evimə getdim taqqa taraq…

vay! vay!

sərmişdim evimi sonuncu mərtəbəyə yağış sonrası ev qurutmağın kefi zordu amma sürüşdü əlimdən evim (bu da kefim!..) dağıldı səkiyə ev əşyaları parçalanmış televizorun içindən balaca adamlar səpələndi şəhərə hoppanaraq alminiüm qaşıqların üzərindən evimdə raxit doğulan aclıqdan xərçəngə yoluxan bu qaşıqların sir-sifəti tanış görkəmdə idi yekə idi başları bədənlərindən ölmüşdülər üzü qibləyə aclığın qəlpələri dəlmə-deşik eləmişdi səkini aman! mədəmin bu realist şəkilləri yaman zibillədi yerin təkini vay! vay! kiməsə bu səkiləri sökmək lazım gələcək

adam-madam iysi gəlir

bütün günü küçədə veyillənirəm biri salam vermir biri öl demir biri qal demir sağ ol demir biri elə bil diri-diri torpağa mismarlanmış meyidəm amma bu yalnız gündüzlər belədir gecələr isə dirçəlirəm əməllicə ova çıxıram parklarda tənha gəzişən dərdli adamların başına ağacla zərbə endirib çiynimə atıb evə gətirirəm birinci işim onların çirkli corablarını soyundurmaq və ayaqlarını yumaq olur zəhləm gedir iylənmiş ayaqlardan hə... sonra qalan paltarları çıxardıram vannaya salıb yaxşıca çimizdirirəm meyidi səliqəylə doğrayıb soyuducuya yığıram 10-15 gün kefə baxıram o qədər acgöz deyiləm ki gündə birini bişirib yeyəm əslində mən pis iş görmürəm çıxılmaza düşən suallarına cavab tapmayan insanları bir cəhdlə xilas edirəmsə burda pis nə var ki... mənim varlı və hər şeydən razı adamlardan xoşum gəlməz mənimki kasıblar və problemli adamlardı üstəlik kasıbların varlılardan qat-qat çox olduğu bir ölkədə- deməli hələ min il də firavan yaşaya bilərəm bu da telefon nömrəm: 055-625-09-25 həyatından b