Kayıtlar

Şubat 10, 2008 tarihine ait yayınlar gösteriliyor

Keçi kimi şən

Hərdən dostlar mənə irad tutur ki, hədsiz təmkinlisən. Biriləri hətta sual da verir: "Sən heç hirslənirsən?" Mən cavabında guya təmkinimi pozmayıb, gülümsəyirəm Amma, doğru sözümdü, təmkinimi pozacaq, məni hirsləndirə biləcək heç nə görmürəm. Yox, bununla Azərbaycanda bütün işlərin yağ kimi getdiyini demək istəmirəm. Sadəcə, əsəblərimi qoruyuram. Məsləhətdi ki, siz də qoruyasınız. Məsələn, əgər onlarla jurnalist xarici ölkələrdən siyasi sığınacaq istəyirsə, ABŞ onlara «yox», əvəzində Rusiya sığınacaq isətəyən digər bir baş redaktora "hə" cavabı verirsə, əsəbdən ağzım qulağımın dibinə əyilməsin deyə nə etməliyəm? Əlbəttə, gülümsəməliyəm Bax, sənin də dodağın qaçdı Əlbəttə, hər dəfə yalnız gülümsəməklə kar aşmır. Elə olur ki, bu da kömək eləmir. Məsələn, bu günlərdə Siyavuş Novruzov "siyasi sığınacaq istəyən jurnalistlərin qanında qarışıq var" deyəndə, gülümsəyə bilmədim. Əvvəl sakitcə oturub, özümü elə apardım ki, guya bu sözlə

Şeir nədir?

Ədəbi yaradıcılıqla məşğul olan hər kəsin, xüsusilə şeir yazan gənclərin tez-tez üzləşdikləri sualdır bu: şeir nədir? “Kitabi Dədə Qorqud”da rastımıza çıxan qafiyyəsiz, “heca”sız poeziya mətnləri şeir deyilmi? Şeirdir! Nənələrin bədahətən qoşduğu, poetik kəşflərlə dolu bayatılar şeir deyilmi? Şeirdir! Nizaminin, Füzulinin, Nəsiminin mövzu və üslubca bir-birindən kəskin fərqlənən, amma eyni vəzndə (əruz) yazılmış şeirləri nədir bəs? Əlbəttə, şeir nümunələri! Səməd Vurğunun A.S.Puşkinin məşhur “Yevgeni Onegin” poemasını tərcümə etməsindən sonra Azərbaycan şeirinə gətirdiyi çarpaz şeiri necə adlandıraq? Şeirdir! Əli Kərimin az qala publisistik dillə yazılmış sərbəst və “kobud” şeirlərinə hansı ad verək? Yenə şeirdir! Hadi, Hüseyn Cavid, Məmməd Araz, Ramiz Rövşən, Vaqif Bayatlı (Odər) və s. şairlərimizə dayanaraq bu sualların sayını yetərincə sıralaya bilərik. Amma hər dəfə eyni cavabı alacağıq: şeirdir!!! Bəs bu qədər üslub, dil, forma və mövzu etibari ilə fərqlənən mətnləri ümumi ŞEİR ya

против солнца

у нас люди думают на ином языке говорят на ином языке даже иностранцы живущие у нас научились видеть думать любить ненавидеть по-другому наши улицы дома города все они против солнца против человека жизни всего красивого у нас человек жизнь и красота значат нечто иное не то к чему можно прикоснуться что можно прожить ради чего можно сразиться у нас красоту сначала выдумывают а затем в нее верят у нас и деревья против солнца и книги у нас детей рожают не женщины воспитывают не мужчины дети до самой женитьбы не знают девочки они или мальчики и женщины против солнца в наши дома кровати не попадают солнечные лучи не согреваются объятия мужчин мы любим мрак обнимаем мрак темнота рожает нам хмурых детей нас называют мрачными – вы не слышали темнота-то она вся против солнца Перевод с азербайджанского Ниджата Мамедова

эгоизм

держаться за себя чтобы не упасть полюбить себя ради утешенья и каждое утро приветствовать себя чтобы слышать свой голос как хорошо что я есть не то скучал бы

диагноз

окна домов никогда не открываются куда мы хотим каждый считает что именно из его окна открывается самый скучный вид на свете по-моему развитие человечества после изобретения телеги ошибочно иначе сегодня мы бы ютились не в стоячих коробках а в домиках с колесами то есть как цыгане и туристы и не смогли бы нас покорить вещи

перемены

иногда человеку хочется кого-нибудь убить всегда найдется отговорка и еще понимаешь что это не твое дело затем идешь и сажаешь дерево или подавшись в одно из дешевых кафе поддаешь с друзьями или же выйдя на улицу смотришь на стариков развалившихся на старых скамейках на играющих детей и флиртующие парочки... а когда вечером возвращаешься домой тебе кажется что снова всё в порядке но кто знает если бы ты стал убийцей что бы могло стать другим

Oğru Rüstəm

Türmədən çıxdı Rüstəm Kürən Rüstəm Üzü çil Rüstəm Bu da bir işdi, Kənddə inək oğurlamışdı İlişdi Eh, gənc arvadı vardı Xoşbəxt yaşardı Meşənin yanında palçıq daxması. Türməyə düşdü Rüstəm Kasıb Rüstəm Arvadı tək qaldı 4 il kəsdilər Ax, Rüstəm! Qoca meşəbəyi palçıq daxmaya dadandı. Balaca kənd ola, Söz-söhbətlə dola… Ax, Rüstəm! Bax, Rüstəm! Gənc arvadı Tez-tez yanına gedərdi Bu siqaretin Bu pulun… Türmədən çıxdı Rüstəm Kürən Rüstəm Üzü çil Rüstəm Anası kəsdi yolunu: - O evə getməyəcəksən! Bacısı kəsdi yolunu: - O ləçəri unudacaqsan! Ax Rüstəm! Ax Rüstəm! - Anam, məni sevdinmi heç? - Bacım, məni sevdinmi heç? - 4 il yatdım, qapımı döyən olmadı! - Qadınım ac qaldı, tək qaldı, həyan olmadı! Can Rüstəm! Gözləri qan Rüstəm! Bu da bir işdi, Başına gəlmişdi. Meşənin yanında palçıq daxması… Sevimli gənc arvadı… Saçlarında dən… - Ax, canım, necəsən?

Noyabr nəğməsi

yağış gülümsəyir üzüm tənəklərində damcılar sevişir qurumuş budaqlarda sənin ismarışındı bu yağış bu yağış bu payız gecəsində sənsə uzaqlarda… orda dəniz oxuyur evin kandarında orda mən əriyib itirəm üfüqlərdə yağışın ritmi- darıxmağın himni qulaqlarda, qulaqlarda mən də uzaqlarda aramızda bir yağış aramızda bir şəhər islanır küçələrdə mən kimsəsiz gecələrdə bu qaranlıq qəsrimdə- niyələrdə, necələrdə… sən sayrışan işıqlarda yağış gülümsəiyr üzüm tənəklərində damcılar sevişir qurumuş budaqlarda durulur barmaq izlərin yarpaqlarda sonra barmaqlarımda sonra ovcumda… sonra islaq bir yuxu… dodaqlarda, dodaqlarda… sənin ismarışındı bu yağış bu yağış bu payız gecəsində sənsə uzaqlarda…

Dialoq

mən müxalifət qəzetində köşə yazarıyam sevgilim işləyir iqtidar qəzetində işdən sonra görüşürük tində gecəni bir yerdə bir otaqda bir yataqda keçiririk o yazdığı yazılardan mən yazdığım yazılardan danışmırıq biz demək olar ki heç danışmırıq sevişirik qovuşuruq durmadan aramsız Çünki hər səhər yazılarımızı oxuyan xalq dialoq dialoq dialoq istəyir

Uçqun divarlar

İçimdə bir qaranlıq, İçimdə bir yuxu var. Uçurumlar içində Uçuram divar-divar. Susadım səhərlərə Susadım yağışlara Bu ara sən də yoxsan- Səhradan betər oldum. İçimdə bir qaranlıq İçimdə bir yuxu var Bu yuxudan yoruldum Bu şəhərdə heç kiməm, Bu şəhərdən yoruldum Gedirəm uzaqlara, Sən yoxsan- mən də yoxam. Gecəyəm, qaranlığam- Özümdə, səndə yoxam. Əlimdə soyuq pivə, Damağımda siqara. Çəkilməmiş şəkiləm- Asılmışam divara. Qaranlığam, gecəyəm- Öz içimdən qopmuşam Reklam bəzəklərinə Metro işıqlarına Qarışmışam, hopmuşam. Şəhər məni əritdi- İtirmişəm özümü- Bu yan-yana düzülü Bu üs-üstə yığılı mərtəbələr, binalar dəbdəbələr, zinalar… səfsəfələr içində Bu tıxaclar içində Bu tox-aclar içində özümü də itirdim sözümü də itirdim. Sən də yoxsan… Soyuqsan… Bu da sonum, sonluğum- Şəhər məni əritdi- Gedirəm… uzaqlara Orda yağan yağışlar Orda doğan günəşlər Bəlkə məni kiritdi. Bəlkə… Məni… kiritdi…

Qadın sözlüyü

bizi tərk edən qadınlarla gedən yalnız ümidlər deyil hər dəfəsində sevişdiyimiz yerlər də yoxa çıxır hələ bu harasıdı? balacam, pişiyim, sərçəm deyərdik… dip-diri sözlər yoxa çıxar dilimizdən… eh, qadınlar yalnız qəlbimizdən deyil coğrafiyamızdan sözlüyümüzdəm gedər həm də… nə sevişməyə yerimiz qaldı nə deməyə sözümüz… yox olmağın zamanı gəldi

Uşaq, Gənc, Qoca

uşaq idim siyib qar üzərində qonşu qızının adını yazardım hərdən də yaz günlərində bahar qoxuyan kənd yollarına gənc idim sevdiyim qızların adını divarlara çizərdim ağaclara kitablara ya da ucuz kafelərin kasıb masalarına əllərim utanardı… indi qocayam, qoca tərk etdiyim qadınların adını tüpürürəm yalnız xatirələrin üzünə

Sən və ayaqqabım

sevmirsən sevmə daha yuxularıma girib ujas filmlər niyə göstərirsən sən gedəli onsuz da televizorum xarab olub mırıq dişləriylə sirk göstərən məmiş kişi də öldü son günlər isə yenə kəskin düşüb Nyü-York birjasında Bir azərbaycanlının dəyəri cəhənnəmə ki sevmirsən sevmə daha rəqsanənin mahnısına oynamağın nəydi bu da ilk bahar yağışı havalar küçələr qəzet köşkləri araq qoxuyur adamlar evə tələsmir adamlar darıxır sən də sevmirsən sevmə daha ayaqqabım niyə su buraxır

Dil Xətası

sən susduğun yerlərdəyəm sən tərk etdiyin köşələrdə salam vermədiyin üzünü heç görmədiyin adamlarla bir aradayam sən vurduğun yaradayam ağaclar həmən deyil quşlar həmən deyil sən dinləmədiyin nəğmələrdəyəm sən gəlmədiyin sən getmədiyin oradayam azmışam məni tapmadığın yerlərdə səsini versən yetər amma əlini uzatsan yetər amma gəl, şeytanım, gəl, buradayam, buradayam!!!

Sənin küçən

küçə hər şeyi bilir küçə heç nəyi bağışlamır üzünü zirzəmilərdə tinlərdə açır bizə həyat üzə çıxır hə, qardaşım, orda ki qan dizə çıxır orda ki bir-birinin qanına susayır adamlar həyat var deməli həyat var deməli həyatın yoxa çıxdığı yerdə üzünü aç indi ki sən də gəldin aramıza sən də gəldin hər şeyi bilən gecəyə üzünü aç gecə hər şeyi bilir gecə heç nəyi bağışlamır

Bu da son

bizlər ağlamaqçün doğulmamışdıq nələr yapdılar nələr yapdılar ağlatdılar silah çiyinlərimiz atılmağa hazır bizlər yıxılmaqçün doğulmamışdıq necə yıxdılar necə yıxdılar uçuq divarlara sıxdılar bizlər sevilməkçün doğulmuşduq sevmədilər yaşamaqçün doğulmuşduq qıymadılar offff offf bizi öldürməkdən doymadılar

Zahir Əzəmət: "Artıq Azərbaycanın da öz "Nobel"i var"

"Mədəniyyət" qəzeti, 8 fevral 2008. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin mətbu orqanı “Mədəniyyət” qəzeti www.kultaz.com- mədəniyyət saytının rəhbəri Zahir Əzəmətlə müsahibə dərc edib. Müsahibəni diqqətinizə təqdim edirik. - Ötən ilin ortalarında Azərbaycan internet məkanında ilk mədəniyyət portalının əsasını qoydunuz. Sizcə layihə uğurlu alındımı? - Məncə uğurlu alındı. Azərbaycanda internet istifadəçilərinin sayı sürətlə artır. Bunun qarşılığında isə milli internet məkanında anadilli mənbələrin sayı çox azdır. Xüsusən, mədəniyyət sahəsində ciddi boşluq var. Halbuki digər postsovet ölkələrində təkcə mədəniyyətə və ədəbiyyata aid saytların sayı yüzlərlədir. Kultaz-ı yaradanda uğurlu layihə olacağına əmin idim və gözləntilərim özünü doğrultdu. Hazırda saytımız günlük internet qəzet kimi fəlaiyyət göstərir, sabit oxucu auditoriyası var. Hər gün Azərbaycanda və dünyada baş verən ən maraqlı mədəniyyət hadisələrini oxucularımızın diqqətinə çatdırırıq. Ədəbiyya

Əhmədin nağılı

Sıradan boy verməyən adi günlərin birində Əhməd "mənim də dövlətim olsun" dedi. Əhmədin dövləti oldu. Parlamentim, prezidentim olsun istədi, o da oldu. Əhməd bunları niyə istədi? Ona görə ki, dövlətin ona ayaqda durmaqda yardımçı olacağını düşünürdü. Çünki bütün normal ölkələrdə beləydi. Ona görə istədi ki, dövlət Əhmədin, Məmmədin, İmamverdinin, Fatmanisənin orda-burda başlı-başına yaşamasını deyil, birlikdə millətləşməsini təmin edəcək, onların müdafiəçisinə çevriləcəkdi. Çünki oxuduğu kitablarda belə yazılmışdı. Düşünürdü ki, yaşamı daha da asanlaşacaq, insanca ömür sürmək imkanı qazanacaq. Oldumu? Olmadı! Əhməd dövləti qurdu, amma bir də ayıldı ki, bu dövlətin ona dəxli yoxdur. Gördü ki, dövlət ona yardım etmək əvəzinə, hər addımda mane olur. Küçədə, iş yerində, toplumda rüşvət kimi, bürokratiya kimi onun qarşısına çıxıb, inkişaf etməyə, qol-qanad açmağa imkan vermir. Əhməd çaşıb qaldı. Onun işıq umduğu bütün deşiklərə dövlət barmaq tıxamışdı

Musiqili qanunlar

Aman, aman, Konstitusiya, ay aman! Bir zamanlar Avropada konstitusiyalı respublika qurmaq üçün nə qədər qanlar axıdıldı. Bəlkə də buna görədir ki, bu ölkələrdə konstitusiyada yazılanlar kağız üzərində qalmadı- onların həyatının ayrılmaz hissəsinə çevrildi, insanca yaşamalarına təməl oldu və nəticədə Avropa bu günkü səviyyəsinə çatdı. 1991-ci ildə müstəqilliyini əldə edən Azərbaycanın 4 il sonra qəbul etdiyi Konstitusiya da yetərincə demokratikdir. Amma... kağız üzərində! Hətta prezidentlərimiz əl basıb and içməklə, Anayasaya nə qədər müqəddəslik donu geyindirməyə çalışsalar da, yenə olmadı. Anayasa nə masaüstü kitabımıza, nə həyatımızın ayrılmaz hissəsinə, nə də hər addımbaşı pozulan hüquqlarımızın təminatçısına çevrildi. Çünki konstitusion hüquqlarımızı qoruyacaqlarına and içənlər bunu etmədilər. Azərbaycan vətəndaşı özünü qanunun və hüququn himayəsində hiss etmədi. Bütün qapıların rüşvətlə açılması, iqtisadi imkanların monopoliyaya alınması, siyasi, sosial, mənəvi və fiziki

Sevişək, inkişaf edək

Bir neçə il bundan əvvəl internetdə təsadüfən bir adamla tanış oldum. "Suri-Baba" nikiylə (təxəllüsüylə) yazan həmin maraqlı adamla bu günə qədər də yazışmalarımız, mesengerlə canlı söhbətlərimiz davam edir. Fərqli fikirləri, hər məsələyə özünə görə yanaşması var. Onun fəlsəfəsi haradasa Dostoyevski estetikasıyla səsləşir: Dünyanı sevgi, daha doğrusu, sevişmə xilas edəcək! Adam deyir ki, bir çox dövlətlərin, dövlət başçılarının aqressiyasının səbəbi onların qadın kompleksi ilə bağlıdır. Sevişə bilməmələrinin hirsini xalqdan, digər dövlətlərdən çıxırlar. Deyir ki, gərək namizədləri seçkiyə buraxmazdan əvvəl seksopataloqa göstərəsən. Sağlam olanları seçəsən yalnız. Seçiləndən sonra isə onların gündəlik iş qrafikində sevişə bilmələri üçün bolluca vaxt nəzərdə tutasan. Yoxsa əvəzində xalqı zad eləyəcəklər. Sadə insanların da bolluca sevişməyə ehtiyacı var deyir: İnkişafın təməli sevgidir. İnsan sevəndə daha bol və daha xoş enerjiylə yüklənir, daha çox çalışır, daha az nifrə

Sosial inqilaba doğru

Və ya FLASHMOB nədir? I Kadr Yaşadığın binanın ətrafını şəhər meri hansısa tikinti şirkətinə satıb. Yeni “qonaqlar” bir günün içində oradakı ağacları qırıb töküblər. Ətraf keçəlləşib. Bu dazlaşmanın təkcə sənin və sizin binanın başına gəlmədiyini bilirsən, ona görə də əsəbini boğmağa çalışırsan. Həm də düşünürsən: “Tək nə edə bilərəm ki? Onsuz da şikayətimə baxan olmayacaq. Hələ işdən də qovarlar. Gəl sonra ailəni dolandır...” Bu kimi fikirlərlə işə gedir, içində ani doğulmuş etirazı yerindəcə boğursan. Bir neçə gün belə keçir, artıq vəziyyətlə barışırsan. Hətta az qala düşünməyə başlayırsan ki, bəlkə də belə daha yaxşıdır, ətraf daha aydın seçilir və s. Bir neçə gün sonra yenə blokdan çıxanda birdən gözün kəsilmiş ağacların yerində asfalt səkiyə təbaşirlə çəkilmiş ağac şəkillərinə sataşır. Heç nə anlamırsan. Bu nədir? Bunu kim edib? Çaşıb qalırsan. Avtobus dayanacağına qədər getdiyin yol boyunca eyni mənzərənin şahidi olursan. Səki boyu müxtəlif yerlərdə gah ağac, gah

Hökmdarın gizli ləqəbi

Ona inanmayan kafir, onu sevməyən yeziddir! Toplum - abstrakt anlayış, mövcud olmayan varlıqdır. Vətən, millət, xalq, kütlə də həmçinin. Toplum haradasa səhər yataqdan duran, işə gedən və ya mətbəxdə eşələnən, sevən və ya sevilən, axşam əri və ya arvadıyla yatan birisi deyil. O, çörək yemir, su içmir, səs vermir, sevmir və nifrət eləmir. Gözlə görülən, əllə toxunulan deyil, odur ki, yaxasından tutub dartmaq, şapalaq vurmaq və ya tənbeh etmək barəsində düşünmək bir xəyaldır. Amma əsrlərdir filosoflardan, şairlərdən tutmuş sadə insanlara qədər hər kəs bu xəyalın dalınca qaçır. Nə etmək olar- bəşər övladı hələ də reallıqdan daha çox, öz xəyallarında mövcuddur. Çünki insanın xəyalı reallıqdan daha öndədir. İstənilən reallığa həmişə müqəddimə kimi bir xəyal mövcuddur. Bizim atdığımız addımlar soyuq və aydın reallığın deyil, qaranlıq, şirin xəyalımızın davamıdır. Toplum və bu kimi ümumiləşdirmələr də belə şirin xəyallardandır. Bu xəyallar bizi daha konkret və aydın olandan yayınd

Hava şarı elanı

Köşəmə təcili bir elanla başlayır və bitirirəm. Mənə əlimyandıda hava şarı yığa bilən usta lazımdı. Hava şarı taxtadan düzəldilmiş balaca bir daxmanı göyə qaldıra bilməlidir. İçində taxta çarpayı, taxta masa, iki kətil, bir noutbuk yerləşə bilsin. Hamam lazım deyil, yağışa, qara nə gəlib. Heç unitaza da ehtiyac yoxdur. Havada olana hər yer unitazdır. Qiyməti münasib olsun. Heç olmasa Bakıda bir sot torpağın qiymətindən ucuz başa gəlsin. Yoxsa elə torpaq alıb ev tikərdim də, daha hava şarını neynirdim?

Qulyabanıların bayramı

90-cı illərin əvvəllərində mətbuatın ən çox müzakirə elədiyi problemlərdən biri Azərbaycandan beyin axını məsələsiydi. Birdən-birə sosial problemlərin burulğanına, sayğısızlığa tərk edilmiş mütəxəssislər, savadlı kadrlar kütləvi surətdə ölkəni tərk etməyə başladılar. Prosesin qarşısını almaq mümkün olmadı. Gedənlər getdi. Dünyanın bilgi bazarında bu gün etibarlı valyutamız ola biləcək hər kəs ölkəni tərk etdi. Qaldı "milli valyutalar" və bir-iki "Kefli İsgəndər". Milli valyutalar" inflyasiyaya uğradı, "Kefli İsgəndərlər" depressiyaya. Yerdə qaldı Mazandaran pələngləri, zarafat edirəm, heç nə qalmadı. Qara dəlik. 10 il keçdi. Bomboz bir onillik arxada qaldı. Heç kimin gözləmədiyi halda yenidən adda-budda ümidlər cücərməyə başladı. Gənclərin timsalında tədricən müstəqil Azərbaycanın yeni intellektual nəsli formalaşmağa cəhdlər etdi. Sevinənlər də oldu, heyrətlənənlər də! Rasim Qaracanın şeirində olduğu kimi: metroda basabas qu

Son

ölü quşların qanadlarında uça bilməyən çöl atlarında dincələr göy üzü şəhidin açıq gözlərində dərvişin uçuq sözlərində…

Dekabr nəğməsi

balaca otaq dekabr dolur içəri gecəylə bir küçədə maşın səsləri artır azalır itir sənsə dəyişməyən bir maddəsən içimdə kiriməyən ağrı o qədər uzaq tutdun ki məni o qədər uşaq tutdun ki məni sirrini paylaşa bilməyəcəyin qədər uzaq olduğumu anlayanda gec idi hey əlində güzgü tutubmuş kimi yaşadın efirdə yalnız özünsən özünü görürsən hər kəsdə özünü sevirsən mən yoxam güzgülərdə mən sənin əksin deyiləm, yavrum əvvəıin, davamınam, sən də mənim sən yoxsan ya mən bitdyimi anladım nöqtə sən anlamadın heç nöqtə yıxdı bu vergüllər evimizi nöqtə Yooo…. yenə bir təhlükə qoxusu çökdü içimə yenə qurban verməli geriyə çəkilmə yo çəkilsəm körpüləri uçurmalı dişimə çəkməli qumbaraları savaşın səngər dodaqlarında nəğmə kimi oxunmalı bitməli… ölməli sifətimdən bir qaya misalı qopan göz yaşıma 32 yaşıma and olsun yenidən başlamalı həyatı yenidən yaşamalı təhlükə anam olsun yenidən doğmalı bu savaşdan geriyə çəkilmə yo həyatı bağrına basmalı dinləməli torpağın səsini məni çağıran torpağın …ulduzlara yaxın