Hava şarı elanı

Köşəmə təcili bir elanla başlayır və bitirirəm. Mənə əlimyandıda hava şarı yığa bilən usta lazımdı. Hava şarı taxtadan düzəldilmiş balaca bir daxmanı göyə qaldıra bilməlidir. İçində taxta çarpayı, taxta masa, iki kətil, bir noutbuk yerləşə bilsin. Hamam lazım deyil, yağışa, qara nə gəlib. Heç unitaza da ehtiyac yoxdur. Havada olana hər yer unitazdır.
Qiyməti münasib olsun. Heç olmasa Bakıda bir sot torpağın qiymətindən ucuz başa gəlsin. Yoxsa elə torpaq alıb ev tikərdim də, daha hava şarını neynirdim?

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZƏRBAYCAN - QORXULU NAĞILLAR ÖLKƏSİ

əsgər məktubu / arxa cəbhəyə!

против солнца