Payız ev əşyalarına toxunmur


bu payız
köçüncə quşlar
azaldı göy üzü
yağınca yağışlar
azaldı göy üzü


bir ovuc göy üzü qaldı
o da pəncərəmdə ömür sürür

sən ağaca
yarpağa
quşa dönəndən bəri
bu payız ortasında
məni çoooox adi şeylər öldürür

köhnə xəstəliyimdi, canım
kimisə
nəyisə unutmazdan əvvəl
ölçülərini itirirəm... unuduram...

rəsmini tanıdım amma
seçilir əşyalardan
payızın ev əşyalarına toxunmadığı
mənə çoxdan bəllidir

amma sənin də dəxlin var bu payıza
alnını oxuyan küləklər
sirrini çoxdan satıblar mənə...

əllərini gizlədən xanımın
barmaqlarında kimsə var

2005

Yorumlar

Bu blogdaki popüler yayınlar

əsgər məktubu / arxa cəbhəyə!

AZƏRBAYCAN - QORXULU NAĞILLAR ÖLKƏSİ

против солнца