Noyabr nəğməsi

yağış gülümsəyir üzüm tənəklərində
damcılar sevişir qurumuş budaqlarda
sənin ismarışındı bu yağış
bu yağış bu payız gecəsində
sənsə uzaqlarda…

orda dəniz oxuyur evin kandarında
orda mən əriyib itirəm üfüqlərdə
yağışın ritmi- darıxmağın himni
qulaqlarda, qulaqlarda
mən də uzaqlarda

aramızda bir yağış
aramızda bir şəhər
islanır küçələrdə
mən kimsəsiz gecələrdə
bu qaranlıq qəsrimdə-
niyələrdə, necələrdə…
sən sayrışan işıqlarda

yağış gülümsəiyr üzüm tənəklərində
damcılar sevişir qurumuş budaqlarda
durulur barmaq izlərin yarpaqlarda
sonra barmaqlarımda
sonra ovcumda…
sonra islaq bir yuxu…
dodaqlarda, dodaqlarda…

sənin ismarışındı bu yağış
bu yağış bu payız gecəsində
sənsə uzaqlarda…

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZƏRBAYCAN - QORXULU NAĞILLAR ÖLKƏSİ

əsgər məktubu / arxa cəbhəyə!

против солнца