Xəyanətlər fəsli

qapılarımızı bağla demişdim
astanada qərib kimi
hönkürən qonağa


yadında saxla demişdim
xəyanətlər yayılacaq
qrip kimi

yarpaqlar budağına
quşlar yuvasına
tüpürüb getdilərsə
başladı demək

ardınca həyasız küləklər
içimizdən sevgiləri süpürüb getdilərsə
başladı demək...

səni unutsam ağla demişdim
qoşulub kimsəsiz quş yuvalarına
unutdunmu

payız xəyanətlər fəslidir, dostum
yadında saxla demişdim
demişdim...

2005

Yorumlar

Bu blogdaki popüler yayınlar

əsgər məktubu / arxa cəbhəyə!

AZƏRBAYCAN - QORXULU NAĞILLAR ÖLKƏSİ

против солнца