ölmüşük- xəbərimiz yox

Kaş ki ruhumuzu deyil
sümüklərimzi əzəydilər o soyuq divarların arasında
kaş ki qəlbimizi sıxınca
sıxaydılar sıxaydılar sıxaydılar
alnımızın ortasına


bomboş kötüklər kimi gəzirik indi
bu qarışıq qoxulu neft şəhərində
hardasa daha uzaqda
hardasa daha dərində
ölmüşük ölmüşük- xəbərimiz yox.
ölmüşük sevdiyimiz qadınların gözlərində
körpələrimizin gülüşlərində...
hardasa daha dərində
daha dərində...

Yorumlar

Bu blogdaki popüler yayınlar

əsgər məktubu / arxa cəbhəyə!

AZƏRBAYCAN - QORXULU NAĞILLAR ÖLKƏSİ

против солнца