Ərdoğanın sirri
Növbəti hədəf Azərbaycandır
Türkiyədəki son parlament seçkiləri bir neçə tərəfdən diqqətimi çəkdi. Bütüm gözləntilərə rəğmən Ərdoğanın partiyası nəinki məğlub olmadı, 2002-ci il rekordlarını da qıraraq, bu dəfə 340-dan artıq millət vəkiliylə parlamenti götürüb, yenidən təkbaşına iqtidar oldu.
AKP-nin qələbəsi qardaş ölkədə hələ uzun müddət dartışılacaq. Amma mənim də kənardan böyük həyacanla (çünki nəticələrin necə olacağının Azərbaycana da dəxli var idi, bu barədə aşağıda yazacağam) izlədiyim seçki prosesində sezdiyim bir mox məqamlar oldu ki, onları dəyərli oxucularımızla paylaşmaq qərarı verdim.
AKP-nin dindarlardan oluşduğu və dini çevrələrə yaxın olduğu hamıya bəllidir. Bir çox hallarda partiyanın nurçulara da yaxın olduğu söylənilir. Fətullah Gülənin nəzarətində olan media qurumlarının açıq-aşkar Ərdoğanın təbliğatı ilə məşğul olması bu qənaətləri daha da gücləndirdi.
AKP-nin rekord qələbəsinin sirri nədədir? Səbəbləri qısaca söyləməyə çalışacağam.
1. Dindarların Türkiyədə digər qüvvələrə nisbətən daha yaxşı təşkilatlanması;
2. İki gündən bir koalisiyon hökümətlərin dağılmasından, siyasi böhranların yaşanmasından bezməsi;
3. AKP-nin iqtidar olduğu son 5 ildə ciddi nəticələr əldə etməsi: adambaşına düşən illik gəliri təqribən 2 min dollardan, 6 min dollara qədər qaldıra bilməsi, inflysiyanın qarşısını əhəmiyyətli dərəcədə alması və s.
4. Nəhayət əsas səbəb. Bunun üzərində bir az ətraflı dayanmaq istəyirəm. AKP-yə hansı zümrələr səs verdi? Əlbəttə, ilk olaraq, dini çevrələr, yoxsullar və sadə insanlar. Daha sonra isə, qəribə də görünsə, kamalistlər və AB-yə, Qərbə inteqrasiyanın tərəfdarları. Çünki seçki təbliğatı dönəmində AKP-nin rəqibləri hər nə qədər “müasirlik, yoxsa dini iqtidar” kimi şüarlarla xalqa səslənsələr də, əslində isə özləri Avropaya inteqrasiyaya, AB sürəcinə qarşı olduqlarını gizlətmirdilər. İstər MHP, istərsə də CHP liderləri öz çıxışlarında bir qayda olaraq Avropa Birliyinin və Amerikanın əleyhinə şüarlarla başlayırdılar. Belə də AKP inteqrasiya tərəfdarı kimi görünən tək partiya kimi bütün müasirlik tərəfdrlarının da, demokratiyasevərlərin də, kamalistlərin də səsini qazandı ki, bu da seçkinin nəticələrinə həlledici təsirini göstərdi.
Çünki insanlar özlərinə sual verirdilər: Avropasız, Qərbsiz Türkiyə necə müasirləşəcək? Özünütəcridlə hansı hədəflərə yetişmək olar? Və s. Bu kimi sualların cavabları təbii ki, CHP-nin və MHP-nin populizminin əleyhinə işləyirdi.
Amma hər halda seçkioncəsi millətçilik əhval ruhiyyəsi təsirsiz də ötüşmədi. 5 illik fasilədən sonra MHP 70 millət vəkiliylə yenidən prlamentə döndü.
Seçkidə diqqətimi çəkən daha bir məqam isə, Türkiyədə exit-polla icazə verilməməsi, seçkinin kifayət qədər qapalı keçirilməsi oldu. Amma bunun qarşılığında bütün proses demokratik keçirildi, saxtalaşdırma qətiyyən söz konusu olmadı. Bu məmada Azərbaycan üçün Türkiyədən örnək la biləcəyi çox şey var.
Sonda onu da qeyd edim ki, AKP-nin qələbə çalmasını
Hər nə qədər emosiyasız və soyuq ağılla təhlil etməyə çalışsam da, qeyd edim ki, bundan qətiyyən sevincli deyiləm. Ona görə ki, bunun Azərbaycana mənfi təsirləri olacağı qənaətindəyəm. Belə ki, son 5 ildə gördüyümüz kimi, Ərdoğan iqtidarı dönəmində Türkiyənin dini çevrələri (nurçular) Azərbaycanda da hədsiz aktivləşdilər, möhkəmləndilər. Növbəti 5 ildə isə onların daha da qol-budaq atacaqları və Azərbaycan hakimiyyətinin bütün qollarını bürüyəcəkləri məndə şübhə doğurmur.
2013-cü il Azərbaycan prezidenti seçkilərində qəfildən bir gizli nurçunun önə çıxıb qalib gəlməsi kifayət qədər real təhlükədir. Artıq indidən nürçu çevrələrin həyata keçirdiyi iri layihələrin sponsoru qismində böyük nazirliklərin, komitə və qurumların çıxış etdiyini görürük.
Deyəsən, Türkiyədən sonra nurçuların hədəfi Azərbaycandır.
Əvəzində isə Azərbaycan müxalifəti Türkiyədə olduğu kimi populizmlə, hökümət isə korrupsiyaya qurşanmaqla məşğuldur.
Sabah gec olacaq.
23-07-2007

Yorumlar