Zahir Əzəmət: "Artıq Azərbaycanın da öz "Nobel"i var"
"Mədəniyyət" qəzeti, 8 fevral 2008. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin mətbu orqanı “Mədəniyyət” qəzeti www.kultaz.com- mədəniyyət saytının rəhbəri Zahir Əzəmətlə müsahibə dərc edib. Müsahibəni diqqətinizə təqdim edirik. - Ötən ilin ortalarında Azərbaycan internet məkanında ilk mədəniyyət portalının əsasını qoydunuz. Sizcə layihə uğurlu alındımı? - Məncə uğurlu alındı. Azərbaycanda internet istifadəçilərinin sayı sürətlə artır. Bunun qarşılığında isə milli internet məkanında anadilli mənbələrin sayı çox azdır. Xüsusən, mədəniyyət sahəsində ciddi boşluq var. Halbuki digər postsovet ölkələrində təkcə mədəniyyətə və ədəbiyyata aid saytların sayı yüzlərlədir. Kultaz-ı yaradanda uğurlu layihə olacağına əmin idim və gözləntilərim özünü doğrultdu. Hazırda saytımız günlük internet qəzet kimi fəlaiyyət göstərir, sabit oxucu auditoriyası var. Hər gün Azərbaycanda və dünyada baş verən ən maraqlı mədəniyyət hadisələrini oxucularımızın diqqətinə çatdırırıq. Ədəbiyya...