Qarabağla nə baş verir?
Azərbaycan və Ermənistan ziyalıların qarşılıqlı, tələsik və gözlənilməz səfərləri şok effekti yaratdı.
Dərhal qeyd edim ki, bu tip səfərləri normal qarşılayıram. Onsuz da bu savaş sonsuza qədər uzanmalı deyil. Onsuz da gec-tez barış olmalıdır.
Məni naraht edən başqa məqamdır. Fikir verdinizsə, hər iki ölkədən ziyalı qrupunun başında bu ölkələrin Rusiyadakı səfirləri dayanırdı. Dünənə qədər Rusiyanın Qarabağ savaşının həllinə mane olan faktor kimi dönə-dönə vurğulanması hara, birdən-birə rus amilinin danışıqların ön xəttində peyda olması hara? Bəlkə Rusiya fikrini dəyişib? Bəlkə regionu konfliktlər vasitəsi ilə öz nəzarətində saxlamaq strategiyasından əl çəkib “şimal ayısı”?
Nə baş verir?
Əslində Rusiyanın öz hədəflərindən əl çəkdiyini düşünmək yanlışlıq olardı. Son hadisəni emosiyasız təhlil etsək, görərik ki, əksinə, Rusiya bir addım da hədəflərinə yaxınlaşıb.
Növbəti addımların nə olacağını təxmin etmək çətin deyil. Əlbəttə, ortada bir sülh müqaviləsinin olduğu sirr deyil. Bunu rəsmilər də təsdiq edir, həmsədrlər də. Müqavilənin detallarının nədən ibarət olmasını bilməsək də, orada Rusiyanın baş rolda olduğunu son hadisələr də isbatladı.
Əgər sabah Laçın dəhlizinə və Qarabağa Rusiya sülhməramlı qüvvələrinin yeridilməsi ilə bağlı məqamlar ortaya çıxsa, gərək təccüblənməyək. Rusiya Gürcüstan ərazisində tətbiq etdiyi modeli indi də Azərbaycanın üzərində sınaqdan keçirməyə çalışır. Gürcüstanda rus sülhməramlılarının münaqişələrin həlli ilə yox, qarşı tərəfi silahlandırmaqla əvvəl Şvernadze, sonra da Saakaşvili hökümətinə bir təzyiq vasitəsi kimi istifadə etdiyi yaxın tarixdən hər birimizə məlumdur. Digər tərəfdən, bu münaqişələr nəinki həll olunmadı, əksinə, problem daha da dərinləşdi.
Qarabağ savaşını da eyni aqibət gözləmirmi?
Problemin həlli mexanizmləri üzərində baş sındıran Qərb ölkələrini oyundankənar vəziyyətə salmaq üçün Rusiyanın atdığı bu addım həm də 2008-ci il prezident seçkilərinə ciddi hazırlıqdan xəbər verir.
Rusiyanın son vaxtlar Azərbaycanda siyasi meydanda və hakimiyyət dairələrində Qərbyönümlü qüvvələri tam sıxışdırması, bir çox hallarda sıradan çıxarması heç kimə sirr deyil. Rusiyanın son aktivləşməsi də bu proseslərin davamı kimi dəyərləndirilməlidir. Azərbaycana Qarabağ savaşında “kosmetik uğurlar” hədiyyə etmək fikrinə düşən Rusiya bununla da siyasi hakimiyyəti tam öz nəzarəti altına almaq istəyindədir. Bu, 2008-ci ildə İlham Əliyevin komandasının kimlərdən ibarət olacağında özünü göstərəcək.
Daha maraqlı məqam isə, Qərbin hansı münasibəti sərgiləməsi olacaq. Hal-hazıra qədər hər hansı rəsmi münasibət olmasa da, çox güman ki, Qərb zahirən baş verənləri dəstəkləyəcək. Amma diplomatik yollarla Azərbaycan hakimiyyətinə öz gerçək münasibətini çatdıracağını təxmin etmək olar. Azərbaycanda NATO və Qərb maraqlarının müdafiəçisi kimi tanınan politoloq, sabiq dövlət müşaviri Vəfa Quluzadənin dərhal sərt açıqlamaları da dediklərimizi təsdiqləyir.
Baxaq görək, sonu nə olur…
29-06-2007

Yorumlar