Azərbaycana mətbuat lazımdırmı?
Pessimist deyiləm. Amma ümidlərimizin iflasa uğradığını etiraf eləmək zorundayam.
Deyəsən, Azərbaycan və demokratiya, Banqladeş və Kosmos qədər bir-birinə yad məsələlərdir.
Elə “Keçi cəmiyyətlərdə Banqladeş” Beynəlxalq konfransının təşkilatçısı və ilham vericisi cənab Ramzes də öz tarixi çıxışında gümanlarımı təsdiqləmişdir:
“Banqladeş bir Qərb və ya Avropa ölkəsi deyildir. Bizim özümüzə uyğun demokratiyamız və mətbuatımız olmalıdır. Biz abırlı-həyalı demokratiya quracağıq, Avropa öz göbəyiaçıq demokratiyasını bizə sırımasın. Bizə böyük-kiçik yeri bilməyən mətbuat da lazım deyil…”
Çıxışı gurultulu alqışlarla qarşılanan cənab Ramzeslə mən də ikiəlli razıyam.
Çünki Azərbaycan və Banqladeş dost və qardaş ölkələrdir. Və birində keçərli olan qanunlar digərində gözüyumulu keçərlidir.
Baxın bir, Azərbaycanda sadə insan qəzet oxuyurmu? Yox. Oxuyan yalnız siyasətçilər, yazarlar və bir ovuc fəallardır. Bəs onlar oxumaqla, yazmaqla prosesə təsir edə və ya nəyisə dəyişə bilirlərmi? Yox! Bəs əvəzində nə edirlər? Heç nə, öz həyatlarını, ümidlərini boş ilğım və ümidlərə bağlayıb, ömürlərini puç eləməkdən başqa heç nə eləmirlər.
Yaş keçir, ömür keçir, onlar isə ele hey yazır və oxuyurlar.
Tay-tuşları evlənir, oğul-uşaq, ev-eşik sahibləri olurlar, onlar isə… yazır, oxuyur… və yazırlar…
Bütün qəzetləri, televiziyaları, internet səhifələrini çoxdan bağlamaq, bütün jurnalistləri avtobusa doldurub, pambıq tarlasına yollamaq lazım idi.
Bu topluma mətbuat gərək deyil. O da qaldı azad söz ola…
Heç kimin azad olmadığı ölkədə söz necə azad ola bilər?
Və ya niyə azad olmalıdır?
Biz Banqladeşin və cənab Ramzesin yolunu davam etdirməli, abırlı-həyalı demokratiyamızın ətəyində namaz qılmalıyıq.
Yaşasın ulu Ramzes və onun demokratiyası!
Yaşasın zəhmətkeş və hər şeydən razı Banqladeş xalqı!.
23-05-2007

Yorumlar