Azərbaycan necə ölkədir? Bu ölkə insanının ümumiləşdirilmiş obrazı nədir? Bu iki sual sizə asan gəlməsin. Adamı tank kimi əzir, altından çıxa bilmirsən. Yazılı ədəbiyyatımız yaranandan bu sualların peşindədir, amma hələ də ortaq bir cavab yoxdur ki, yoxdur. Bir xalqı, bir ölkəni tanımaq üçün məncə, onun öndə olan insanlarına baxarsan. Onların hərəkətlərinə, davranışlarına, intellektlərinə, yaradıcı enerjilərinə. Sarkozi tipik fransızdır. Yeltsin əsl rus idi. Fateh Terim türk oğlu türkdür. Elçibəy isə bir azərbaycanlı. Sadə, adi azərbaycanlı. Balaca adam... Balaca azərbaycanlı kimsəyə nifrət bəsləmir. Qarışqa kimi cəfakeşdir. Xəyalpərvər, qonaqpərvər, həyatpərvərdir. Ölmək istəmir, bütün əzablarına rəğmən həyat eşqi ilə doludur. Balaca ürəyində bütün dünyaya sığmayacaq qədər sevgi, mərhəmət var. Azərbaycanda balaca adamların nəsli kəsilmək üzrədir. İndi belələrini paytaxtda, iri şəhərlərdə, rayon mərkəzlərində tapa bilməzsiniz. Sonuncu balacalar Lerikin, İsmayıllının, Oğuzun...
Yorumlar