yağış gülümsəyir üzüm tənəklərində damcılar sevişir qurumuş budaqlarda sənin ismarışındı bu yağış bu yağış bu payız gecəsində sənsə uzaqlarda… orda dəniz oxuyur evin kandarında orda mən əriyib itirəm üfüqlərdə yağışın ritmi- darıxmağın himni qulaqlarda, qulaqlarda mən də uzaqlarda aramızda bir yağış aramızda bir şəhər islanır küçələrdə mən kimsəsiz gecələrdə bu qaranlıq qəsrimdə- niyələrdə, necələrdə… sən sayrışan işıqlarda yağış gülümsəiyr üzüm tənəklərində damcılar sevişir qurumuş budaqlarda durulur barmaq izlərin yarpaqlarda sonra barmaqlarımda sonra ovcumda… sonra islaq bir yuxu… dodaqlarda, dodaqlarda… sənin ismarışındı bu yağış bu yağış bu payız gecəsində sənsə uzaqlarda…
Yorumlar