Kayıtlar

Yeni Hərəkata ehtiyac var!

Azərbaycanın indiki durumu haqqında yalnız mən deyil, yəqin hər biriniz tez-tez düşünür, çıxış yolları arayır, özünüzə, ətrafınıza suallar verirsiniz. Nə etməli? Necə etməli? Doğrudan da bu suallar bu gün vətəndaşlıq duyğusu və həssaslığı olan hər kəsi düşündürməlidir. Günümüzün təcrübəsi göstərir ki, hakimiyyətin "parçala və hökm sür" texnologiyası öz bəhrəsini verir. Baxırsan ki, eyni ideologiya və düşüncə mərkəzli saysız-hesabsız təşkilatlar, qurumlar və partiyalar var. Amma onları bir masa ətrafında oturmaq, birgə fəaliyyətə sövq etmək ən müşkül məsələyə çevrilib. Hətta iş o yerə çatıb ki, YAP-ın nizamnaməsi ilə müxalifət partiyalarının nizamnaməsi arasında elə bir ciddi fərq yoxdur. Hamısı sağ mərkəzlidir. Di gəl, hərəsi bir dərədə... Gənclik də eyni aqibəti yaşayır... Sadə vətəndaşlar da... İtirən də elə sonunculardır... Bəs çoxluğu bir məqsədin ətrafına toplaya biləcək ideya yoxdurmu? Var! Bu, Hüquq, Qanun və Vətəndaşlıq ideyasıdır! Azərbaycanda yeni...

Qarışqa nəğməsi

Hər gün hamıdan çox çalışdın. Hər gün başını aşağı salıb dən daşıdın başqa yuvalara. Özündən üç dəfə ağır yükə çiyin verdin həmişə. Yolların tozu, illərin əzabı qondu üzünün qırışlarına. İndi qocalmısan. Nə yuvan var, nə ünvanın. Unudulmusan Yadındadır? Sən də balaca olanda gözəl şeylər haqqında düşünürdin. İnanırdın ki, heç olmasa, bir dəfə xoşbəxt olmaq, sevmək, sevilmək, yuva qurmaq haqqın var. Yadındadır? Elə bilirdin ki, dünyanı dəyişəcəksən. Böyüyəndə çox olacaqsan, çoxalacaqsan. Tək qaldın. Bütün sevdiklərin tərk etdi səni. Sən qarışqasan, köhnə dost, qarışqa. Bir dəfə (onda neçə yaşın var idi?), ad günündə dayın oğlu sənə böyük bir oyuncaq-maşın bağışladı. Elə çox sevirdin ki, o maşını. Gecələr də qucaqlayıb yatırdın. Sonra illər ötəcəkdi, uşaqlıq xatirələrinin ən işıqlı parçası olacaqdı o maşın. Günlərin birində - onda artıq 18 yaşın var idi - yenidən sənə ad günü keçirəcəkdilər. Onda sən bu işıqlı xatirəyə - illər öncə sənə bağışlanmış o oyuncaq-maşına görə dayı...

Azərbaycanda yeni qüvvə axtarışları

Azərbaycanda siyasi böhran var. Zahiri sabitlik aldadıcıdır. Bu sabitlik hər an çat verə, yerini idarəolunmaz bir xaosa buraxa bilər. Ölkədə ifadə azadlığının bunca “blokadaya alınması”, alternativ düşüncənin bunca təzyiq altında saxlanılması sonunda bu enerjinin haradansa partlayıb üzə çıxmasına səbəb olacaq. Bunu anlamaq çətin deyil. Tarix buna nümunələrlə doludur. Tarixin daha bir dərsi də budur ki, heç bir avtoritar idarəetmə üsulu, heç bir diktator, heç bir cəza mexanizmi bütün insanları bir düşüncə nöqtəsi ətrafında tutacaq gücdə deyil. Nə Neronun, nə Stalinin, nə Hitlerin səltənəti, hakimiyyəti əbədi ola bilmədi. Tarixin təbii axarını yubada bilərsən, dəyişməyi isə bacarmayacaqsan. Bu sadə qənaəti anlamayacaq qədər varmı Azərbaycan hakimiyyəti? Əslində iqtidarın indiki daxili siyasəti həm hakimiyyəti, həm də Azərbaycanın gələcəyini tezliklə ciddi problemlərlə üzləşdirəcək. İqtidarın daxili siyasətinin bir neçə əsas aspektinə diqqət edək: 1. Hakimiyyətin dini siyas...

10 il sonra Azərbaycan necə olacaq?

10 il sonra Azərbaycan necə olacaq? Bu suala cavab vermək asan deyil. Heç mənim də falçılıq eləmək fikrim yoxdur. Hər halda bu gündən baxdıqda 10 il sonranın bəzi konturlarını görmək elə də çətin deyil. Başlayaq təhsildən. Ola bilsin o zaman Azərbaycanın bütün məktəbləri kompüterlə təmin olunacaq. Azərbaycan məktəblisi, gənci internetdən daha səmərəli istifadə etməyi bacaracaq. Amma təhsil sistemi yalnız kompüterdən ibarət deyil. Geniş mənada heç bir kardinal dəyişiklik baş verməyəcək. Dərsliklər elə bu günkülərin tayı, bəlkə də eynisi olacaq. Təhsildə rüşvət və korrupsiya da olduğu kimi qalacaq. Deməli, bu sistemin yetişdirdiyi "kadrlar"ın böyük çoxluğu eynən bu günki kimi topluma yararsız olacaq. Təhsil naziri Misir Mərdanov olmasa da - yox, sistem eyni üsullarla işləyəcək. Çünki Azərbaycanın təhsil sisteminin 10 il sonra tam fərqli, modern və topluma yararlı ola bilməsi üçün lazım olan islahatlar bu gün, bəlkə də dünən başlamalıydı. Amma başlamayıb. İqtisadiy...

Niyə YAP-çılar şikayəti mənə edir?

Televiziyaların xəbər bülletenlərində, yazılı və elektron KİV-də hər gün çoxsaylı narazı insanlar və qruplar haqqında materiallar gedir. Problemlərin çoxu sosial məzmunludur. İnsanlar narazı və şikayətçidir. Amma baxırsan ki, bu adamlar öz problemlərinin haradan və niyə qaynaqlandığının fərqində deyillər. Baxırsan ki, bu insanlar seçkidə YAP-a və onun namizədinə səs verən insanlardı. Baxırsan ki, martda keçiriləcək Referendumda da gedib onların hakimiyyətinin əbədiləşməsinə səs verəcəklər. Bunu onların qırımından, yerişindən, duruşundan bilirəm. Birinci dəfə deyil ki... Amma gəlib şikayəti biz jurnalistlərə edirlər. Məmurlar onları qapıdan qovur, onları saymır, amma... onlar yenə, yenə və yenə bu məmurların onları qapıdan qovmasına səs verirlər. Martda isə gedib səs verəcəklər ki, sabah, 10 il, 20 il sonra belə, bu məmurların övladları da onların övladlarını, nəvələrini beləcə qapılardan qovsunlar... Belə bir absurda heç bir normal ölkədə rast gəlmək mümkün deyil. Amma bura Azərbaycand...

Lənət olsun içimdəki insan sevgisinə!

Desəm ki, indi o qədər də bayram ovqatında deyiləm... Desəm ki, hər il əvvəlkindən daha ağır, daha qara gəlir... Desəm ki, 2009-cu il bizi öküz buynuzlarında o ki var oynadacaq... və ayaqları altına alıb çığnayacaq... Desəm ki, 26 dekabrda Yeni İl ovqatımız korlandığı kimi, 18 martda da Novruz ovqatımız təlx olacaq... nə dəyişəcək ki... Hərdən o qədər, hətta sözlə ifadə edə bilməyəcəyim qədər pessimist oluram. Bu anlarda gələcəyə - bu dövlətin, bu xalqın, bu millətin gələcəyinə nikbin baxa bilmirəm. Bu məqamlarda çarəsizlikdən əzik əncirə dönən sifətimi görməyi kimsəyə arzulamazdım... Azərbaycanda sizcə nə qədər məmur var? Ən ucqar kənddəki məktəb direktorundan, bələdiyyə sədrindən, icra nümayəndəsindən tutmuş Prezidentə qədər hər kəsi məmur kimi qeydə almalı olsaq, hansı rəqəmi alardıq? Bura polisləri, həkimləri, bir sözlə büdcəyə bağlı hər kəsi əlavə etsək, onda hansı rəqəm alınar? 100 min? Bəlkə də daha çox. Sonra potensial məmurları hesablayaq. Yəni marıqda yatıb bu məmurlardan ha...

Oyun qaydalarını dəyişək

Bizim standartdan kənara çıxmayan istənilən etirazımız elə oyunun qaydalarına uyğunlaşmağımız deməkdir. Azərbaycanda siyasi sistem ənənəvidir: yeni olmayan avtoritarizm, ənənəvi bürokratizm və bayağı oliqarxiya. Bu sistemi yönədənlər kütlə psixologiyasını yaxşı bilir, hər şeyi buna görə ölçür-biçirlər. Baxın, seçkini istədikləri kimi banal bir şou halına gətirdilər, əmin idilər ki, uzaqbaşı adda-budda standart etirazlar səslənəcək, vəssalam. Qeyri-adi heç nə baş verməyəcək. Elə də oldu. Amma onu da bilirlər ki, belə hallarda kütlə nə qədər sussa da, razı görünsə də, içində özünün belə dərk etmədiyi, mahiyyətini anlamadığı mənfi enerji yığıla bilər. Bu enerji boşalmayınca təhlükəni sovuşmuş hesab etmək olmaz. Odur ki, dərhal bir "ELİTA" oyunu atdılar ortaya. Seçki unuduldu, diqqətlər, gözlər başqa səmtə yönəldi, yığılmış enerji boşaldı. Hakimiyyətin rusiyalı texnoloqları hələ ki, dəqiq işləyir... Bəs bu oyunu necə pozmalı? Standartlara uymalı, yoxsa çərçivələri pozmalıyıq? Axı...